"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunda “5 oktyabr –Beynəlxalq Müəllimlər Günü” qeyd edildi

--2017-10-05 / 15:31

Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi,  YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon  Gənclər və idman idarəsi və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Binəqədi rayon komitəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi. Bubarədə məlumatı Binəqədi RiH yayıb.

 Tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müavini Aygün əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov, Azad Həmkarlar ittifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik institutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov, Rayon icra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayonda fəaliyyət göstərən məktəb və bağçaların müəllim - rəhbər heyəti iştirak etdilər.

Tədbiri aparıcılar 276 saylı məktəbin şagirdləri Aydan və Fidan Novruzlu bacıları açaraq, “Müəllimlər günü” ilə əlaqədar qısa məlumat verdilər.

Daha sonra çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov, Azad Həmkarlar ittifaqının Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Nəsimi adına Dilçilik institutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və Binəqədi Rayon “Ziyalılar” cəmiyyətinin sədri Asəf Zamanov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdilər.

Sonra çıxış edərək Binəqədi Rayon icra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Aygün əliyeva vurğuladı ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident ilham əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.  

 Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olundular.

 Təltiflərdən sonra tədbir bədii hissə ilə davam etmiş və rayonun istedadlı gəncləri öz şeir, mahnı, rəqs nümunələri ilə müəllimləri təbrik etmişdirlər.

         Sonda rayonun balaca fidanları müəllimləri gül çiçəkləri ilə təbrik etdilər.  

Belediyye.info

ŞƏRHLƏR